Yandex Mail-dən istifadə edən müəssisələr üçün problemsiz keçid təmin edirik!

Azərbaycanda geniş istifadəçi bazasına malik olan Yandex uzun illər pulsuz təqdim etdiyi bəzi xidmətləri artıq ödənişli edib. Bu dəyişiklik korporativ poçt istifadə edən bir çox şirkət üçün alternativ həllər axtarmağa səbəb olub.

PAN.az olaraq şirkətlərə Yandex Mail xidmətindən daha sərfəli və stabil yerli mail hosting xidmətinə keçid imkanı təqdim edirik. Təhlükəsiz və sürətli infrastrukturumuz sayəsində e-poçt xidmətinizdə fasilə yaşamadan rahat şəkildə keçid edə bilərsiniz.

Yandex Mail-dən Yerli Mail xidmətinə keçid prosesi olduqca sadədir. Təcrübəli mütəxəssislərimiz bütün köçürmə prosesini sizin üçün idarə edir və məlumatlarınızın tam şəkildə qorunmasını təmin edir.

Köçürmə zamanı bütün e-poçtlarınız, kontaktlarınız və digər məlumatlarınız diqqətlə yoxlanılır və itkisiz şəkildə yeni sistemə transfer olunur. Prosesin hər mərhələsində sizə məlumat verilir və maksimum şəffaflıq təmin edilir.

Yerli Mail xidməti ilə daha stabil, təhlükəsiz və nəzarət edilə bilən e-poçt infrastrukturu əldə edəcəksiniz. Əgər siz də mövcud mail sisteminizi dəyişmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın — sizə uyğun ən optimal həlli təklif edək.